Dünyadan

Messi “Real”ın futbolçularına meydan oxuyur

“Barselona”nın futbolçusu Lionel Messi “Ayaks”la oyunda dubl edərək Çempionlar Liqası tarixinin ən məhsuldar futbolçusu, Madrid “Real”ının canlı əfsanəsi Raul Qonzalesə çatıb.

İdmanxeber.com-un məlumatına görə, bəstəboy argentinalı futbolçu Amsterdamda iki dəfə fərqlənməklə ÇL-də qol sayını 71-ə çatdırıb. Bununlada Messi “Real”ın aparıcı üzvü Ronaldonu geridə qoyub. Portuqaliyalı ulduzun aktivində 70 qol var. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43