22 Sentyabr 2023
Dünya futbolu

Messi və Ronaldo yenidən üz-üzə gələ bilərlər

Lionel Messi ilə Kristiano Ronaldo yenidən qarşılaşa bilərlər.

İdmanxeber.az-ın məlumatına görə, Argentina və Portuqaliya yığması yoldaşlıq görüşündə üz-üzə gəlmək variantları yaranıb.

UEFA və CONMEBOL arasındakı anlaşmaya əsasən, son dünya çempionu Argentina millisi 2024-cü ilin martında yoldaşlıq görüşü üçün Portuqaliya və İngiltərə komandaları arasında seçim etməli olacaq.

Qeyd edək ki, Lionel Messi ilə Kriştianu Ronaldu sonuncu dəfə bu ilin yanvarında üz-üzə gəliblər. Həmin vaxt argentinalının formasını geyindiyi Fransa PSJ-si yoldaşlıq görüşündə portuqaliyalının şərəfini qoruduğu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”i 5:4 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43