“Barselona” ilə uğurları ard-arda sıralayan Lionel Messi yenidən vergidən yayınmaqda günahlandırılır.
İdmanxeber.com-un məlumatına görə, argentinalı ulduzun bu iddialara etirazı İspaniya məhkəməsi tərəfindən qəbul olunmayıb.
Messi 2006-2009-cu illərdə atası ilə birlikdə vergidən yayınmaqda ittiham olunmuşdu və argentinalı 4 milyon avronu faizi ilə birgə ödəmişdi.
Lakin görünən odur ki, məhkəmə bununla da kifayətlənmək niyyətində deyil.