Dünya futbolu

Messidən daha bir rekord – “Top-5″də ilk dəfə

PSJ-nin hücumçusu Lionel Messi dünən daha bir möhtəşəm göstəriciyə imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu dünən “Marsel”ə qarşı görüşdə fərqlənməyi bacarıb. Bununla da Messi karyerası ərzində 700-cü qolunu vurub.

Messi “top 5” liqalarında bu qədər qol vuran ilk futbolçudur. Onun “Barselona”da 672, PSJ-də isə 28 qolu var. Bu göstəriciyə çatmaq üçün ona 840 matç lazım olub.

Qeyd edək ki, Kristiano Ronaldo da 2022-ci ildə “Mançester Yunayted”də oynayarkən bu qədər qol vurmağı bacarıb. O, “Real”da 450, “qırmızı şeytanlar”da 144, “Yuventus”da 101, “Sportinq”də isə 5 dəfə rəqib qapılara yol tapa bilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43