Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda komandasının Peru üzərində qələbəsindən (2:0) məmnundur.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu bu barədə soial şəbəkə hesabında paylaşım edib. O, “Limada daha bir mühüm qələbə. Biz inkişaf etməyə davam edəcəyik” – deyə, bildirib.
Messi Peru ilə oyunda 32 və 42-ci dəqiqələrdə qol vurub. 36 yaşlı argentinalı Cənubi Amerikada keçirilən dünya çempionatının seçmə turnirləri tarixində ən çox qol vuran futbolçu olub (31 qol).
Argentina 4 oyundan 12 xalla 2026 Dünya Çempionatının seçmə turnirində birinci yerdədir.