ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messinin MLS-də debüt edəcəyi oyun təxirə salınıb.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb komandanın Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda mübarizəni davam etdirməsidir. Mayami təmsilçisi 1/4 final mərhələsində “Şarlott”la üz-üzə gələcək.
Bunu nəzərə alan təşkilatçılar sözügedən klubla MLS oyununu qeyri-müəyyən müddətə təxirə salıblar.