PSJ-nin hücumçusu Lionel Messinin evini qarət etməyə çalışıblar.
İdmanxeber.az-ın məlumatına görə, oğrular argentinalı futbolçunun Barselonadakı malikanəsinə daxil olmağa cəhd ediblər. Onlar bağa girsələr də, evə daxil ola bilməyiblər.
Naməlum şəxslər təlükəsizlik siqanılının ardından polislər gələnə qədər hadisə yerindən qaçmağı bacarıblar.
Onların görüntülərinin müşahidə kamerası tərəfindən lentə alındığı bildirilir.