“Barselona” ilə yeni müqavilə imzalayan Lionel Messinin məvacibi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, argentinalı dünyanın ən çox maaş alan futbolçusuna çevrilib.
Yeni anlaşmaya əsasən, 2021-ci ilə qədər Kataloniya klubuna məxsus olan 31 yaşlı superulduzun illik məvacibi 43 milyon avro təşkil edəcək. Bundan əlavə, hücumçu müqavilə pulu kimi də 50 milyon əldə edəcək.
Leo bununla ən çox maaş alan həmyerlisi Karlos Tevezi qabaqlayıb. Karyerasını Çində davam etdirən Tevezi isə yayda PSJ-nin yolunu tutan Neymar izləyir.