“Real”ın baş məşqçisi Karlo Ançelotti yerli mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis Lionel Messinin “Barselona”ya qayıdacağı barədə çıxan iddialara münasibət bildirib.
O, “Messi istədiyi hər şeyi edə bilər. “Barselona”ya qayıtması mənim üçün problem deyil. Onu bir futbolçu kimi bəyənirəm. Bu, İspaniya liqası üçün əla ola bilər” – deyə, açıqlama verib.
Messinin PSJ ilə müqaviləsi mövsüm sonu başa çatır.