Dünya futbolu

Messinin yeni rekordu

Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.

İdmanxeber.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.

Ümumilikdə 8-ci dəfə bu mükafata sahib çıxan təcrübəli forvard “yaşıl qitə” təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.

Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. “Narıncılar” 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb – 3:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43