Dünya futbolu

“Messiyə 1,4 milyard avroluq təklif təqdim etdik”

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun prezidenti Anmar Əl-Xeyli Lionel Messiyə 2023-cü ildə müqavilə təklif etdiyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri argentinalı oyunçu ilə görüşdüklərini bildirib. O, Messiyə təklif etdikləri məbləği açıqlayıb:

“Biz ona PSJ-dən ayrılanda müqavilə təklif etmişdik. Messiyə 1,4 milyard avroluq təklif təqdim etdik. Lakin ailəsi Amerikaya getmək istədiyi üçün Leo imtina etdi. Futbolçunun ailəsi naminə belə səxavətli təklifi geri çevirməsi heyrətamizdi. Amma biz bu qərara hörmətlə yanaşırıq, çünki ailə puldan daha vacibdir”.

Hazırda 36 yaşlı Lionel Messi Amerikanın “İnter Mayami” klubunda çıxış edir. Bu mövsüm o, 15 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43