Dünya futbolu

“Messiyə görə ona cavab vermirəm” – Laporta

“Barselona”nın prezidenti Joan Laporta Lionel Messinin sözlərinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri ölkə mətbuatına açıqlama verib. O, bu məsələsinin çox uzadılmamasını bildirib:

“Leo “Barselona”nın sərvətidir. Ona olan hörmətimə görə, qardaşına cavab vermirəm. Bildiyim qədəri ilə o da üzr istəyib, yalnış anlaşıldığını bildirib. Mən də maksimum anlayışla davranmağa çalışıram. Məsələni uzatmağa ehtiyac yoxdur”.

Xatırladaq ki, Matias Messi Lioneldən öncə heç kimin “Barselona”nı tanımadığını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43