Fransa millisinin sabiq futbolçusu Robert Pires PSJ-nin hücumçusu Lionel Messinin Paris klubundakı gələcəyindən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, Pires ulduz futbolçuya qarşı haqqsızlıq edildiyini bildirib. O, Leonun ayrılmalı olduğunu da vurğulayıb:
“PSJ-də Messinin təqibini başa düşə bilmirəm. Leo buna layiq deyil. Əgər oynayıram və söyülürəmsə, deməli, insanlar məni sevmirlər. Messi sadəcə komandanı tərk etməlidir. Onun “Barselona”ya qayıdıb-qayıtmayacağını bilmirəm, amma onun PSJ-də qalmasına qətiyyən ehtiyac yoxdur”.
Messinin PSJ ilə müqaviləsi bu yay başa çatır. Hücumçu bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.