Dünya futbolu

Məsut Özil: “Real”da hörmətimi itirmişdim”

“Real”dan “Arsenal”a transfer olunan Məsut Özil İngiltərə mətbuatına maraqlı açıqlamalar verib.

O, “Arsenal”a Arsen Vengerə görə gəldiyini bildirib.

“Vengerlə çox rahat bir şəkildə danışıb razılığa gəldik. O, məndən nə istədiyini çox dəqiq şəkildə bildirdi.  Madriddə itirdiklərim bir anlıq gözlərimin önünə gəldi. “Real”da hörmətimi itirmişdim. Ancaq məndən asılı olsaydı, “Arsenal”a pulsuz gələrdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43