Dünya futbolu

Mesut Özil yenə zədələndi

“Başakşəhər” klubunun futbolçusu Mesut Özil zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Emre Belezoğlu açıqlama verib. O, UEFA Konfrans Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Gent” matçında təcrübəli oyunçunun heyətdə olmayacağını bildirib.

Gənc mütəxəssis Özilin 1-2 həftə sonra yenidən yaşıl meydanlara qayıda biləcəyini ehtimal edib. 34 yaşlı futbolçu cari mövsüm “Başakəhər”də 31 oyunda zədə səbəbindən çıxış edə bilməyib.

O, komandasına yalnız 8 görüşdə kömək edə bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43