22 Oktyabr 2024
Kateqoriyasız

Metro 01:00-a kimi işləyəcək – “Qarabağ”ın oyununa görə

Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşmanın gec başa çatacağı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti müsbət cavablandırılıb.

Oyun günü noyabrın 3-dən 4-nə keçən gecə  metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, noyabrın 3-də  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matç saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43