21 Sentyabr 2024
Ölkə futbolu

Metronun iş rejimi dəyişdirildi

“Qarabağ” qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

İdmanxeber.az-ın məlumatına görə, klubun müraciəti və bu oyuna Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda matçı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 7-dən 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – Bayer” oyunu saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43