08 Avqust 2022
Kateqoriyasız

“Meydanda oksigen yox idi” – “Ferentsvaroş”un oyunçusu

“Stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi. Ətrafdakı manqallardan başqa heç bir yerdən çıxa bilməzdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Ferentsvaroş”un futbolçusu Endre Botka “Qarabağ”la 1:1 hesablı heç-heçə ilk bitən oyunu barədə yerli mətbuata açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Çətin şəraitdə oynadıq. İsti çox problem yaratmasa da, meydanda oksigen yox idi. İsinmə hərəkətləri edərkən su bizdən sel kimi axırdı. Bunu bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər”.

Qeyd edək ki, “Ferentsvaroş” və “Qarabağ” arasında cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdəki “Groupama Arena”da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Zirə” serblərə qarşı

admin

UEFA “Qarabağ” – “Şerif” matçının hakimlərini dəyişdirdi

admin

Üç futbolçu Belarusla oyundan əvvəl Azərbaycan yığmasından kənarlaşdırılıb

admin