Ölkə futbolu

Meydanı tərk etdilər, texniki məğlubiyyət aldılar – Azərbaycanda

AFFA İntizam Komitəsinin iclası keçirilib

İdmanxeber.az-ın məlumatına görə, 8 dekabr 2018-ci il tarixində U-13 Qızlar Liqasının UGİM (Şəki) – UGİM (Qax) matçında UGİM (Şəki) komandası oyunun 15-ci dəqiqəsində meydanı özbaşına tərk etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

22 dekabr 2018-ci il, U-13 Qızlar Liqasının, “Qabaqçöl” (Balakən) – UGİM (Qax) matçında “Qabaqçöl” (Balakən) komandasının heyətində yetərsay olmadığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43