“Arsenal”ın baş məşqçisi Mikel Arteta təqvimlə bağlı narazılığını bildirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda iki gün öncə doğma meyda “Mançester Siti”yə 3:2 hesabı ilə məğlub olub. Bunun ardından sabah səfərdə “Aston Villa” ilə qarşılaşacaq. İspaniyalı mütəxəssis isə oyumların ard-arda keçirilməsində narazılıq edib:
“Çempionlar Liqası ilə bağlı müəyyən qaydalar var. Çərşənbə axşamı oynadığınız zaman şənbə günü meydana çıxa bilməzsiniz. Düşünürəm ki, bu, istənilən turnirə şamil edilməlidir. Söhbət fizioloji xüsusiyyətlərdən gedir, bərpa olunmaq və ən yaxşı nəticə əldə etmək çətindir. Oyunçuların zədə riskini azaltmaq lazımdır. Açığı, təqvimi başa düşmək mümkün deyil. Onsuz da meydana çıxıb oynayacağıq. İstəyirəm ki, oyunçular fiziki cəhətdən çətinliyə tab gətirməyə hazır olsunlar”.