"Milan" "Sevilya"nın "vuran ayağı" Karlos Bakkanı heyətinə qatıb.
İdmanxeber.com "Sky Sport"a istinadən xəbər verir ki, kolumbiyalı forvard "Milan"la 5 illlik müqavilə imzalayıb.
Bu barədə 28 yaşlı futbolçunun meneceri Serxio Barila məlumat verib.
Qeyd edək ki, Bakka 2013-cü ildən "Sevilya"nın şərəfini qoruyurdu.