“Milan” baş məşqçisi Paulo Fonsekanı istefaya göndərə bilər.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik mütəxəssislə yolları ayırmaq niyyətindədir. Onun yerinə Mauritsio Sarri və adları açıqlanmayan daha iki baş məşqçinin namizədliyini nəzərdən keçirilir.
Fonsekanın “Milan”la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.