“Milan” klubunun rəsmi saytı xəbər verir ki, baş məşqçi Massimiliano Alleqri vəzifəsindən qovulub. 46 yaşlı çalışdırıcıya qarşı bu addım “Sassuolo” ilə oyunundan aldığı məğlubiyyətə (4:3) görə atılıb.
Alleqri “rossonerilər”i 2010-cu ildən çalışdırırdı və həmin mövsüm qızıl medalları qazanmışdılar. Bundan başqa 2011-ci ildə İtaliya Super Kubokunun da sahibi olmuşdular.
Müvəqqəti olaraq klubu, Alleqrinin köməkçisi Mauro Tassotti idarə edəcək. Hal-hazırda “Milan” 22 xalla 11-ci pillədə qərarlaşıb