İtaliyanın “Milan” klubu “Flamenqo”nun müdafiəçisi Ayrton Lukası almaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik oyunçu ilə yaxından maraqlanır. Hələlik transferlə bağlı rəsmi təklif göndərilməyib.
Bu mövsüm 26 yaşlı Ayrton “Flamenqo”nun heyətində 22 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Transfermarkt portalı müdafiəçinin dəyərini 8 milyon avro qiymətləndirir.