20 Sentyabr 2024
Dünya futbolu

“Milan” Fransa millisinin müdafiəçisi ilə anlaşdı

“Milan” fransalı yarımmüdafiəçi Fofana ilə müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu “Monako”nun və Fransa millisinin yarımmüdafiəçisi ilə razılıq əldə edib.  Bununla belə, yarımmüdafiəçinin transferinin məbləği sövdələşmənin başa çatmasına mane ola bilər.

Qeyd olunur ki, “Monako” futbolçunu ən azı 25 milyon avroya satmağa hazırdır.

2023/24 mövsümündə Fofana Fransa çempionatında 32 matçda iştirak edib. O, bu matçlarda dörd qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43