08 Sentyabr 2024
Dünya futbolu

“Milan” heyətini fransalı yarımmüdafiəçiylə gücləndirmək istəyir

“Milan” Yussuf Fofananı heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “rossoneri” yarımmüdafiə xəttini fransalı oyunçuyla gücləndirmək istəyir. 

Fofana 2020-ci ilin yanvarından “Monako”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 27 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə oyunçunun dəyəri 28 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43