Conatan Devid “Milan”ın 2024-cü ildə əsas transfer hədəflərindən biri olacaq.
İdmanxeber.az-ın məlumatına görə, kanadalı forvardla 3 Premyer Liqa klubu da maraqlanır.
Oyunçunun müqaviləsi 2025-ci ilin yayında bitəcək.
David 2020-ci ildən bəri “Lill”də çıxış edir. 23 yaşlı hücumçu bu mövsüm 18 oyunda 4 qol vurub.

