“Milan” kapitanı ilə yollarını ayıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Rossonyerlər” Teo Ernandesin maaş tələblərini qarşılamaq istəmir və yayda onu satışa çıxarmağı planlaşdırır. Tərəflər bir müddətdi danışıq aparsa da, razılığa gələ bilməyib.
27 yaşlı müdafiəçinin son oyunlardakı performansı da klub rəhbərliyinin bu qərarına təsir edib.