29 Sentyabr 2024
Dünya futbolu

“Milan” Lukakunu istəyir

“Milan” Romelu Lukakunu heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya nəhəngi müqavilə ilə “Çelsi”yə məxsus belçikalı forvardla danışıqlara başlayıb. 

Coşua Zirkzee transferində uğurlu ola bilməyən klub Lukaku variantını gözdən keçirmək məcburiyyətində qalıb.

Hazırda tərəflər arasında danışıqlar davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43