Niderlandın “Feyenoord” klubunun futbolçusu Santyaqo Ximenez karyerasını İtaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Meksika millisinin üzvü “Milan”a transfer olunub.
23 yaşlı forvard yeni klubu ilə 2029-cu ilə qədər müqavilə bağlayıb. O, yeni klubunda 7 nömrəli forma altında çıxış edəcək.
Ximenez cari mövsümdə “Feyenoord”un heyətində 19 oyunda 16 qol vurub.