04 Dekabr 2024
Dünya futbolu

“Milan” millinin futbolçusunu buraxmaq niyyətində deyil

“Milan” yarımmüdafiəçi Ticani Reyndersi buraxmaq niyyətində deyil.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçu uzun müddət komandada saxlamaq istəyir. Artıq tərəflər arasında razılıq əldə olunub. O, bonuslar xaric illik 3,5 milyon avro maaş alacaq.

26 yaşlı orta xətt oyunçusu bu mövsüm “qırmızı-qaralar”ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43