16 Sentyabr 2024
Dünya futbolu

“Milan”ın Morata planı: 4 milyon avro maaş, 3 illik müqavilə

“Milan” hücum xəttini “Atletiko”dan Alvaro Morata ilə gücləndirməyə çalışır.

İdmanxeber.az-ın məlumatına görə, A seriya təmsilçisi qarşı tərəflə danışıqları davam etdirir.

“Milan” ispaniyalı forvard üçün illik təxminən 4 milyon avro maaşla üç mövsümlük müqavilə təklif edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43