Kateqoriyasız

Milan Obradoviç: “Fransa səviyyəsində oynaya bilmərik”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində “Stade de l’Epopee”də keçirilən Fransa – Azərbaycan oyunundan sonra yığmanın baş məşqçisi Milan Obradoviç federasiyanın saytına fikirlərini bildirib.

Serbiyalı mütəxəssis 0:5 hesablı məğlubiyyəti şərh edib:

“Rəqib haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. Hamı necə komandaya qarşı oynadığımızı yaxşı başa düşürdü. Təəssüf ki, ilk üç qolu hədiyyə etdik. Əlbəttə, Fransa yığması qələbəyə layiq idi, buna şübhə ola bilməz. Amma biz də ən azı bir qol vurmağa layiq idik. Alınmadı. Futbolçulara da dedim, daha yaxşı oynaya bilərdik. Təbii ki, Fransa səviyyəsində oynaya bilmərik. Rəqib hər şeydə bizdən çox irəlidədir.
Artıq bu oyun geridə qaldı. Yaxşı istirahət etməli, enerji toplamalıyıq. Çünki qarşıda bizi İsveçrə ilə oyun gözləyir. Özümüz üçün analizlər edəcəyik, İsveçrənin heyətini öyrənməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Milan” “Roma”nı belə məğlub etdi – Video

admin

“Bəzən bir epizod oyunun taleyini müəyyənləşdirir” – Qurban Qurbanov

admin

Dario Frederiko yenidən “Neftçi”də – rəsmi

admin