Kateqoriyasız

“Milan” “Real” azarkeşlərinin sevimlisini transfer edir?

İspaniyanın “Real” klubunun futbolçusu İsko karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi “Milan”a keçməyə yaxındır. Bu barədə “Marca” nəşri məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunduğu və keçidin qışda rəsmiləşəcəyi bildirilir.

İsko bu mövsüm “Real”la 6 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43