Zəif çıxışı ilə azarkeşlərini üzən “Milan” növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” “Roma”nın hücumçusu Mattia Destronu heyətinə qatıb.
Hücumçu mövsümün sonuna kimi Milan klubunun şərəfini qoruyacaq. Bu keçid “Milan”a 700 min avroya başa gəlib.