Dünya futbolu

“Milan” yeni transferini ictimaiyyətə təqdim etdi

“Milan” bu mövsüm ilk transferini həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə, “rossonyerlər” “Vilyarreal”ın müdafiəçisi Mateo Musakkioynu heyətinə qatıb. 26 yaşlı futbolçunun keçidi üçün “qırmızı-qaralar” “sarı sualtı qayığ”a 18 milyon avro ödəyib. Mussakio “Milan”la 2021-ci ilə qədər müqavilə imzalayıb.

Argentinalı futbolçunun “Milan”da illik məvacibi 2,5 milyon avro olacaq.

Mərkəz müdafiəçisi “Vilyarreal”a 2009-cu ildə “River Pleyt” klubundan keçmişdi. Musakkio son mövsümdə 30 oyun keçirib və 2 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43