“Milan”ın hücumçusu Zlatan İbrahimoviç A Seriyasının 31-ci turunda “Leççe” ilə oyununun (2:0) ikinci hissəsində isinmə hərəkəti zamanı zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 41 yaşlı futbolçu zədəsini bir müddət əvvəl sağaltsa da, yenidən ayaq əzələsində ağrı hiss edib. İsveçli oyunçu bu səbəbdən meydana daxil ola bilməyib.
İbrahimoviçin durumunun ciddi olduğu bildirilib. Onun mövsümün sonuna qədər yaşıl meydanlardan kənar qalacağı gözlənilir.