08 Sentyabr 2024
Dünya futbolu

“Milan”da məşqçi dəyişikliyi olmayacaq

”Milan”ı yeni mövsümdə də Stefano Pioli çalışdıracaq.

İdmanxeber.az “SKY Sports”a əsasən xəbər verir ki, son vaxtlar komandanın yaxşı çıxış etməsi rəhbərliyin fikrini dəyişdirib. Məşqçi qərarı mövsümün sonuna buraxılıb ancaq Piolinin vəzifəsində qalmaq ehtimalı yüksək görülür.

Pioli 2019-cu ildən “Milan”a başçılıq edir. O, 2021-22 sezonunda “rossoneri”ni İtaliya çempionu edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43