“Milan” portuqaliyalı oyunçu ilə sözləşmə uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, A Seriyası klubu Rafael Leau ilə müqaviləni yeniləməyə yaxındır. Artıq tərəflərin razılığa gəldiyi bildirilir.
Yeni müqaviləyə əsasən vingerin maaşı vergilər xaric illik 5 milyon avro olacaq. Rafaelin İtaliya klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.
Leau bu mövsüm A Seriyasında 26 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.