“Milan” əsas qapıçısı Mik Menyanın ağır zədə alması səbəbindən təcili yeni qolkiper transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, komanda Antonio Miranteni transfer edib.
38 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Təcrübəli qapıçı yeni komandasına azad agent kimi keçib.
Son klubu “Roma” olan Antonio Mirante bu ilin iyununda “canavarlar”la vidalaşıb.