“Milan”ın baş məşqçisi Vinçenso Montella ilə klub arasındakı müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
İdmanxeber.com-un məlumatına görə, klubun A Seriyasındakı uğursuz çıxışları rəhbərliyi bu addımı atmağa vadar edib. Baş məşqçinin səlahiyyətlərini icra edəcək şəxs də artıq məlum olub. Bu klubun sabiq futbolçusu Cennaro Qattuzodu.
Qeyd edək ki, yay transfer pəncərəsində 200 milyon avrodan çox pul xərcləyən “Milan” uğursuz çıxış edir. Hazırda komanda turnir cədvəlində 14 oyundan 20 xalla 7-ci yeri tutur.