“Milan”ın və Əlcəzair millisinin müdafiəçi yarımmüdafiəçisi İsmael Bennaser icarə əsasında “Marsel”ə keçib.
İdmanxeber.az-ın məlumatına görə, müqavilə mövsümün sonuna qədər qüvvədədir və oyunçunun satın alınma variantı var. Bennaser “Milan”a 2019-cu ilin yayında “Empoli”dən keçib. O, “rossonerilər”in heyətində 178 oyun keçirib və 8 qol vurub.
2024-cü ilin sentyabrında 27 yaşlı futbolçu aldığı ağır zədə səbəbindən ayağından əməliyyat olunub. Bu mövsüm o, 8 oyunda iştirak edib.