Dünya futbolu

“Milan”ın futbolçusu koronavirusa yoluxdu

“Milan”ın futbolçusu Teo Hernandez koronavirusa yoluxub.

İdmanxeber.az-ın məlumatına görə, Fransa millisinin üzvünün Millətlər Liqasının Belçika ilə (3:2) yarımfinal və İspaniyaya (2:1) qarşı final matçlarından sonra verdiyi test pozitiv çıxıb.

Onun A Seriyasının “Verona” və “Roma” ilə matçlarda “Milan”a kömək edə bilməyəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43