“Milan”ın futbolçusu Noa Okafor komandasını dəyişib.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu icarə əsasında “Napoli”də çıxış edəcək. Neapol təmsilçisi satın alma hüququ ilə futbolçunu transfer edib.
24 yaşlı isveçrəli ilə icarə müqaviləsi 2024/25 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Bu mövsüm Okafor 17 oyun keçirib, o, bir qol vurub və iki məhsuldar ötürmə edib.