29 Sentyabr 2024
Dünya futbolu

“Milan”ın futbolçusu “Yuventus”da

“Yuventus” heyətinə yeni futbolçu cəlb edir.

İdmanxeber.com-un məlumatına görə, Turin klubu “Milan”ın futbolçusu Mattia De Şilyonu transfer edir. Artıq 24 yaşlı müdafiəçi Turinə gedərək tibbi müayinədən keçib.

“Qoca sinyora”nın bu transfer üçün “Milan”a 12 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Mattia De Şilyo 2011-ci ildən əsas komandada çıxış edir. O, 2013-cü ildən İtaliya millisinə də dəvət alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43