09 İyun 2026
Dünya futbolu

“Milan”ın hücumçusu Premyer Liqa klubuna keçir

“Milan”ın hücumçusu Samuel Çukvueze İngiltərə Premyer Liqasına transfer oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Fulhem” 26 yaşlı nigeriyalı futbolçu üçün “Milan”la 25 milyon avroluq danışıqlar aparır.

Ötən mövsüm Çukvueze A Seriyasında 26 oyunda 3 qol vurub və 2 assist edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43