Antonio Konte “Milan”ın baş məşqçisi olmağa razılıq verib
İdmanxeber.az məlumat verir ki, italiyalı mütəxəssis “rossoneri”nin şərtlərini qəbul edib.
Konte ilə danışıqlar aparan klub prezidentinin idman məsələləri üzrə məsləhətçisi Zlatan İbrahimoviç onun razılığını alıb. 2023-cü ilin martında “Tottenhem”dən ayrılan mütəxəssis bir ilə yaxındır işsizdir.
Qeyd edək ki, Konte karyerası ərzində “Aretso”, “Bari”, “Atalanta”, “Siena”, “Yuventus”, “İnter”, “Çelsi” və İtaliya yığmasının da baş məşqçisi olub.