“Milan”ın keçmiş baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanından “Əl-İttihad”a keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər artıq danışıqları yekunlaşdırmağa yaxındır. Yekun detallar çərşənbə günü, iyulun 3-də razılaşdırıla bilər.
65 yaşlı italiyalı 2019-cu ildən rəhbərlik etdiyi “Milan”dan 2023/24 mövsümünün sonunda ayrılıb. Piolinin rəhbərliyi altında “qırmızı-qaralar” 2021/22 mövsümündə İtaliya A Seriyasının qalibi olub.