23 Dekabr 2024
Kateqoriyasız

“Milan”ın sahibinin şok görüntüsü yayıldı – FOTO

Ötən il vergi dələduzluğunda günahı sübuta yetirilmiş İtaliyanın sabiq baş naziri və “Milan” klubunun sahibi Silvio Berluskoni qocalar üçün mərkəzdə məcburi ictimai işlər formasında cəza çəkəcək. Bu barədə Milan şəhər məhkəməsi qərar verib.

77 yaşlı Berluskoni ictimai işlərdə il ərzində həftədə dörd saat keçirməli olacaq, amma yarım il sonra qanun üzrə bu müddət doqquz aya qədər azaldıla bilər.
Qocalar evi Milanda yerləşir. Orada yaşı 65-dən yuxarı olan təxminən 40 insan yaşayır. Alsqeymera xəstəliyi və əlilliyin ağır formalarından əziyyət çəkən xəstələr var.

Bu gün Berluskoninin ictimai işləri yerinə yetirərkən görüntüsü yayılıb.

dailysport



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43