“Trabzonspor” klubu “Milan”da forma geyinən Mixayıl Essiyeni heyətinə qatmaq istəyir.
İdmanxeber.com-un məlumatına görə, “Milan”da daha çox ehtiyatda qalan ulduz futbolçu da bu transferə isti baxır. Ganalı futbolçunun qış fasiləsində “Trabzon”a keçəcəyi real görünür.